08 
Okt
2020
09:23
2827

Sorğu keçirildi! Marneuli-Qardabani hansı partiyanı və hansı namizədi seçdiyi məlum oldu - NƏTİCƏ

Rustavi 2-nin sifarişi ilə Britaniyanın Survation şirkəti Marneuli-Qardabani, Kutaisi, Qurcaani Dedopliscğaro, Saqnaxi seçki dairələrində keçirilən ictimai rəy sorğusunun nəticələrini ictimailəşdirib.

InterPress.ge xəbər verir ki, Marneuli-Qardabani seçki dairəsində bu gün parlament seçkiləri keçirilsə, demək olar ki, 66% -i iştirak edəcəklərindən əmindir, ehtimal ki, -17%, 50-50- 13% və iştirak etməyəcəm deyənlər 4% təşkil edir.

Suala, bu gün parlament seçkiləri keçirilsə , hansı majoritar namizəd üçün səs verərdiniz?

Eyni seçki dairəsindəki seçicilərin qərarları bu cürdür:

Zaur Darğallı "Gürcü Arzusu" - 56%;
Azər Süleymanov " Vahid Milli Hərəkat" - 33%; Əhməd İmamquliev "Avropalı Gürcüstan" - 5%; Murad Muradov "Lelo" - 5%;
Əli Bədirov " Leyboristlər Partiyası" - 1%;

Marneuli-Qardabani seçki dairəsində partiyanın reytinqi aşağıdakı şəkildədir:

"Gürcü Arzusu" - 54%;
Vahid Milli Hərəkat - 42%;
"Avropalı Gürcüstan" - 2%;
" Lelo" - 1%; "
Leyboristlər Partiyası" -1%.

Rustavi 2-nin məlumatına görə, sorğu Rustavi 2 televiziyasının sifarişi ilə həyata keçirilib. 19-27 sentyabr 2020-ci il tarixlərində 1810 müsahiblə görüş keçirilib.

Sorğu müsahiblərin evində üz-üzə görüşmə üsulu ilə aparılıb.

Bizimlə əlaqə saxlayın