07 
Okt
2020
21:06
4924

SON DƏQİQƏ DİN-dən açıqlama! Gürcüstana PUA düşdü - FOTO

İki insansız hava vasitəsi (PUA) Sagarejo bələdiyyəsinin Udabno və Kvarelinin Sanavardo kəndləri yaxınlığında qəzaya düşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, DİN-ə 7 oktyabr, saat 18:35 və 18:45 radələrində iki insansız hava vasitəsi (PUA) qəzaya uğraması ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyi dərhal istintaq başladıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Hüquq-mühafizə orqanları hadisənin hər iki yerində səfərbər olunub, məhkəmə ekspertləri müvafiq tədbirlər görürlər", - Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər