07 
Okt
2020
17:34
595

Gürcüstan yaşıl zona olaraq qalır

"Gürcüstanın yaşıl zona olaraq qalması, pandemiya mərhələsini digərlərindən daha təsirli şəkildə idarə edir"

İnterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bildirib.

Baş nazir Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında ölkənin yaşıl statusunu itirə, daha sonra bərpa edə biləcəyini qeyd etdi.

“Bu günki gündə Gürcüstan yaşıl ölkə olaraq qalır. Gürcüstan hal-hazırki mərhələdə pandemiya mərhələsini, uyğunlaşma və idarəetmə mərhələsini başqalarından daha effektli şəkildə idarə edir. Biz sabah yaşıl zona statusunu itirə ertəsi gün yenidən qazana bilərik.

Bizim üçün ən vacib olan birincisi - vətəndaşların sağlamlığı, ikincisi - məhdudiyyətlər tətbiq etməmək çünki əks halda , iqtisadiyyatın sürətli bərpası üçün ciddi risklər və narahatlıqlar yaradacaq və əlbətdə üçüncüsü - bu seçki prosesini pandemiya şəraiti altında tez və effektiv şəkildə başa çatdırmaq və ən şəffaf və demokratik seçkiləri keçirməkdir "- dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın