07 
Okt
2020
15:29
689

Koronavirus peyvəndi Gürcüstanda nə vaxt əl çatan olacaq?

"Çox güman ki, koronavirus peyvəndi gələn ilin yaz fəslində əlçatan olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze hökumət administrasiyasında keçirilən brifinqdə açıqlama verib .

Onun sözlərinə görə, koronavirus peyvəndinin ilin sonunadək hazırlanması mümkündür.

"Elmi dairələrin koronavirus peyvəndi ilə bağlı işi o qədər sürətlənib ki, vaksin və ya dərman tez bir zamanda yaradılması əminəm ki, tezliklə baş tutacaq. Yəqin ki, Dünya Səhiyyə Təşkilatının Baş Direktorunun bu ilin sonunda müəyyən miqdarda peyvəndin əlçatanlığına dair açıqlamasını eşitmisiniz. Peyvəndin gələn ilin yazında əlçatan olacağını düşünürəm, amma anidən yeddi milyard insanı peyvəndləşdirə bilmərik", - Amiran Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın