07 
Okt
2020
14:19
1857

Baş nazir məktəblərin bağlanmaması üçün riayət olunması lazım olan qaydaları açıqladı

"Koronavirusdan çəkinmək mərhələsindən sonra uyğunlaşmaq və onunla bərabər yaşamaq mərhələsinə keçid aldıq. Hər kəsin dövlətin, vətəndaşın və biznesin öz funksiyasını bilməsi burada çox vacibdir".

InterPress.ge xəbər verir ki, bu haqda ölkənin baş naziri Qiorqi Qaxaria bu gün baş tutan Qurumlararası koordinasiya şurasının növbəti iclasında qeyd edib.

Onun bildirdiyinə görə, bu mərhələdə mövcud qaydalara və tövsüyyələrə hamı riayət etməlidir və bu çox önəmlidir.

Qaxarianın sözlərinə görə qaydalara riayət etmək lazımdır ki, məktəblər bağlanmasın, iqtisadiyyat və siyasi proses dayanmasın.

“Hər zaman bizim üçün son dərəcə vacib bir mərhələ olan uyğunlaşma və idarəetmə mərhələsində olduğumuzu çatdırmışıq və indi də qeyd edirik. Hər kəsin öz işini dəqiq bilməsi çox vacibdir: dövlət, vətəndaş, özəl və dövlət təşkilatları, ümumi cəmdə biznes. Əhəmiyyətli olan bu uyğunlaşma mərhələsində virusla müəyyən qaydalara uyğun yaşamaq lazımdır. Bu qaydalara riayət etmək olduqca sadədir. Qaydalara riayət etmək lazımdır ki, məktəblər bağlanmasın, iqtisadiyyat və siyasi proses dayanmasın. Bunlar bütün dünyada tətbiq olunan qlobal qaydalardır. Hər birimiz başa düşməliyik ki, birlikdə keyfiyyətli, uğurlu yaşamağımızın zəmanəti bu qaydalara riayət etməkdir.

Virusun ortaya çıxmasından yeddi - səkkiz ay keçməsinə baxmayaraq bu çətinlik o qədər qlobaldır ki, dünyada hələ heç kim virusla mübarizə aparmaq üçün maska, məsafə və gigiyena qaydalarından başqa daha təsirli bir vasitə /qayda tapa bilməyib", - dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın