07 
Okt
2020
11:42
853

Marneulinin bələdiyyə sədrinin müşavirinə qarşı törədilən şiddət faktı üzrə 4 nəfəri saxlanıldı

Daxili İşlər Nazirliyi Marneulinin bələdiyyə sədrinin müşaviri Temur Şubitidzeyə qarşı törədilən şiddət faktı üzrə 4 nəfəri yaxalayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

Nazirlikdən verilən məlumata görə, Tbilisi polis departamentinin İsani Samqori polis bölməsinin əməkdaşları keçmişdə məhbus həyatı yaşamış 4 şəxsi :

1975-ci il doğumlu D. K
1979-cu il təvəllüdlü M. G
1980-cu il təvəllüdlü Z. Ş
1990-cu il təvəllüdlü L. Q sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə hakimin qərarı əsasında həbs ediliblər.

"İstintaqla təsdiq olundu ki, Gürcü Arzusunun üzvü Marneulinin bələdiyyə sədrinin müşaviri 1991-ci il doğumlu Temur Şubitidze 30 sentyabr tarixində şəxsi avtomobili ilə Yuxarı Poniçala Marneuli istiqamətində yol kəsişməsində hərəkət edərkən arxadan Opel markalı avtomobil toqquşub. Onlar Temur Şubitidzeyə fiziki təzyiq göstərərək hadisə yerindən qaçaraq gizləniblər. Zərərçəkmiş Temur Şubitidze təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada aparılan tibbi prosedurlar zamanı onun üz nahiyəsinin sümüklərində çoxsaylı qırıqlar aşkarlanıb və nəticədə təcili cərrahiyyə əməliyyatı həyata keçirilmişdir", - məlumatda bildirilir.

İstintaq Gürcüstan cinayət Məcəlləsinin 117-ci maddəsinin 5-ci hissəsinin "E" altbəndi ilə aparılır. Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın