07 
Okt
2020
11:26
749

Gürcüstanda koronavirusa yoluxma artmaqda davam edir

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 508 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 9753 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 348 sağalma qeydə alınaraq 5235 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5655 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 62 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Ge

Bizimlə əlaqə saxlayın