07 
Okt
2020
10:18
1314

Professordan koronavirusla bağlı sevindirici açıqlama

"2-3 həftə içində Gürcüstan ümidverici perspektivli və tələb olunan virus əleyhinə "Remdeisivir" dərmanını əldə edəcək və bu ölüm sayını daha da azaldacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hökumət bununla bağlı intensiv danışıqlar aparır.

“Ölkə rəhbərliyi intensiv danışıqlar aparır və tezliklə, ehtimal ki, 2-3 həftə ərzində Gürcüstan Şərqi Avropada ən perspektivli və tələb olunan virus əleyhinə “ Remdesivir ” dərmanını alan ilk ölkə olacaq. Bu dərmanın Covidi həqiqətən müalicə etdiyi sübut olunmayıb, lakin digər dərmanlar arasında ən perspektivli dərman olaraq hesab olunur. İndi Avropa ölkələrindən istehsalçı ilə bəzi yollar tapmağa və dərmanı satın almağa çalışırıq. 2-3 həftədən sonra, ehtimal ki, bu dərman Gürcüstana gələcək. Bu dərman isə az olan ölüm sayını daha da azaldacaq ", - dedi Çerçvadze.

Bizimlə əlaqə saxlayın