06 
Okt
2020
18:13
518

Tbilisidə koronavirusa yoluxma hallarının sayı artıb

“Tbilisidə koronavirusa yoluxma hallarının sayı artıb”.

İnterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Endeladzenin sözlərinə görə, əhali özlərinə çox diqqət etməlidir ki, Tbilisidə yayılma halı artmasın.

"Tbilisidə virus hallarının artması diqqət mərkəzindədir. Bütün regionlara çox diqqət yetirmək lazımdır. Əhalinin sıxlığına nəzərən bütün vacib tədbirlər burada görülür. Çox diqqət yetirmək lazımdır ki, virusun daha geniş yayılması baş verməsin"- dedi Endeladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər