06 
Okt
2020
10:11
712

Qarşıdakı günlərdə hava şəraiti necə olacaq?

6-8 oktyabrda Gürcüstanın qərbində əsasən yağmursuz keçəcək və havanın temperaturu +25, +30 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Şərqi Gürcüstana gəlincə, oktyabrın 6-7-də az yağıntı və duman gözlənilir. Gecələr dağlıq ərazilərdə qar fırtınası ola bilər.

Düzənliklərdə havanın temperaturu +15, +20 dərəcə olacaq və 8 oktyabrda əsasən buludlu hava şəraiti gözlənilir.

Paytaxta gəlincə, 6 oktyabr tarixlərində az yağış və duman ola bilər, 7-8 oktyabr tarixlərində isə yağıntı olmayacaq. Hava istiliyi +18, +20 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər