05 
Okt
2020
21:53
843

Qaxaria: "Koronavirusun sürətli yayılmasını idarə etməkdə problemimiz olmasa da..."

“Koronavirusun artması ilə problemlərin yaranmaması səhiyyə sisteminin ehtiyatlarının məhdud olmadığı anlamına gəlmir”.

İnterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria bildirib

Baş nazirin sözlərinə görə, qurumlar məsuliyyətə cəlb edilməli, termoskrininq aparılmalı, dezinfeksiyaedici məhlullarla təmin etməli və işçilərə nəzarət etməlidirlər ki, həkimlər lazım gələrsə tez müdaxilə edə bilsinlər.

"Bu gün koronavirusun artan sayını və sürətli yayılmanı idarə etməkdə problemimiz olmasa da, bu, səhiyyə sisteminin ehtiyatlarının məhdud olmadığı anlamına gəlmir. Məhdudiyyətlərin qarşısını almaq üçün əsas tələblərə - maskadan istifadə etmək , məsafə sazlamaq, gigiyena normalarına riayət etməliyik və xüsusilə Acarıstandakı yaşlılara qayğıya göstərməliyik . Yaşlıların evdə qalmaları üçün müracətin uyğun zamanı indidir.

Qurumların hamısı məsuliyyət daşımalı, termoskrininq aparmalı, dezinfeksiyaedici vasitələrlə təmin olunmalıdırlar və işçilərə nəzarət etməlidirlər ki, həyəcan siqnalı olduğu yerdə həkimlər tez zamanda müdaxilə edə bilsinlər. Dövlətin məsuliyyəti,kliniki qrupun öhdəliyi ilk növbədə sürətli test, sürətli aşkarlama, sonra 112 və qızdırma mərkəzlərinin sürətli sistemi, daha sonra 112 qrupu olan yüngül və asemptomatik xəstələri idarə etmək, klinik müalicə və ilkin tibbi xidmətlər göstərmıkdir ”dedi Qiorqi Qaxaria .

Bizimlə əlaqə saxlayın