05 
Okt
2020
14:02
525

Bu gün Gürcüstanda koronavirusa yoluxanların haradan olduğu açıqlandı

"Koronavirusun təsdiqlənmiş 578 yeni halından 416 yeni halı Acarada, 72 halı isə Tbilisidə qeydə alınıb".

InterPress.ge xəbər verir ki, Yoluxucu Xəstəliklər Xəstəxanasına bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Onun bildirdiyinə görə, ölkə üzrə 45 xəstənin vəziyyəti kritik ağırdır, buradan 43ü süni nəfəs aparatındadır.

"Acarada 416 yeni hal, Tbilisidə 72 hal, İmeretidə 44hal, Sameqrelo Zemo Svanetidə 23 hal, Kvemo Kartlidə 10 hal, Quriyada 8 hal, Samçxe Cavaxetidə 3 hal, Kaxetidə 1 hal və Şida Kartlidə 1 hal aşkarlanıb", - dedi Endeladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər