05 
Okt
2020
10:57
650

Gürcüstanda koronavirusa REKORD yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 578 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 8696 nəfərə çatıb.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5392 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 52 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın