04 
Okt
2020
20:34
742

Marneulidə və Bolnisidə saxlanılanlar var

"Daxili İşlər Nazirliyinin vəzifəsi asayişi qorumaq və seçkilərin azad, demokratik və təhlükəsiz şəraitdə keçirilməsini təmin etməkdir. Nazirliyin hər bir əməkdaşı bu vəzifə üçün ən böyük məsuliyyəti öz üzərinə götürür və hər hadisəyə dərhal müdaxilə edir".

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirinin müavini Vladimer Bortsvadze brifinqdə deyib.

Nazir müavini Marneulidə və Bolnisidə saxlanılanlar haqda danışıb.

"Seçki prosesinin şiddətli bir ssenaridə inkişaf etməsinə icazə verməyəcəyik və pozuntulara sərt reaksiya göstərəcəyik.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis departamentinin əməkdaşları Gürcüstanım Baş Prokurorluğu ilə birlikdə 27 sentyabr tarixində Bolnisi Bələdiyyəsinin Naxiduri kəndində və 29 sentyabrda Marneulidə baş verən şiddət faktı ilə əlaqədar 4 nəfəri yaxalayıb.

Hakimin qərarına əsasən, 1987-ci il təvəllüdlü Gürcü Arzusu siyasi partiyasının fəalı və 1977-ci il təvəllüdlü Marneuli Bələdiyyəsinin avtoparkının rəhbəri 29 sentyabrda Marneulidə zorakılığa görə həbs olundu.

Həmçinin, hakimin qərarı əsasında 27 sentyabr tarixində Bolnisi rayonunun Naxiduri kəndində, 1986-cı il təvəllüdlü Vahid Milli Hərəkat fəalı, Gürcü Arzusu partiyasının tərəfdarlarına hücum etdiyi üçün həbs olundu.

Seçki komissiyasının bir işçisinə fiziki təcavüz edən 1989-cu il təvəllüdlü "Milli Hərəkat" siyasi partiyasının üzvü də seçki komissiyasının olduğu ərazidə zorakılıq faktı ilə əlaqədar həbs olundu.

Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət 2 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Seçki prosesində yüksək səviyyədə demokratiyanın qorunmasına töhfə verəcək parlament seçkilərinin ölkə daxilində təhlükəsiz və sərbəst bir mühitdə keçirilməsi üçün İctimai Müdafiəçi, qeyri-hökumət və beynəlxalq təşkilatlar da daxil olmaqla bütün maraqlı qurumlarla əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.

Siyasi partiyanın nümayəndələrini, habelə tərəfdarlarını seçkilərin dinc, demokratik və təhlükəsiz şəraitdə keçirilməsini təmin etmək üçün zorakı hərəkətlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə, hər bir cinayətkar siyasi mənsubiyyətindən asılı olmayaraq qanunun qarşısında məsuliyyət daşıyır", - deyə Bortsvadze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər