04 
Okt
2020
19:51
452

Gürcüstanda bu gün koronavirusa yoluxanların hansı bölgədən olduğları açıqlandı

"Koronavirusun təsdiqlənmiş 554 yeni halından 370-i Acarada, 65-i Tbilisidə, 63-ü isə İmeretidə qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

"Koronavirusun ən çox 370 halı yenə Acarada qeydə alındı. Dünən Tbilisidə 65, İmeretidə 63, Sameqrelo Zemo Svanetidə 28, Kvemo Kartlidə 11, Şida Kartlidə 6, Quriyada 6, Mçxeta Mtianetidə 4, Kaxetidə 1 hal qeydə alındı", - dedi M. Endeladze.

Bizimlə əlaqə saxlayın