04 
Okt
2020
11:20
558

Gürcüstanda koronavirusa REKORD yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 554 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 8118 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 252 sağalma qeydə alınaraq 4244 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5392 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 50 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər