03 
Okt
2020
22:59
1260

Tbilisidə etnik zəmində qarşıdurma - Türkiyə vətəndaşı bıçaqlandı - FOTO

Tbilisinin Ağmaşenebeli küçəsində qanlı hadisə baş verib.

InterPress.ge Mtavari Arxi kanalına istinadən xəbər verir ki, ağır yaralanan 2 gənc təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparıldı.

Daxili İşlər Nazirliyi faktla bağlı artıq 1 şəxsi həbs edib.

"İstintaqla təsdiq olundu ki, həbs olunan Tbilisidə Ağmaşenebeli küçəsində restoranların birində 2 gəncə soyuq silahla xəsarət yetirib. Yaralılar təcili tibbi yardıma briqadası tərəfindən xəstəxanaların birinə yerləşdiriliblər və onlara ilkin tibbi müdaxilə prosesləri keçirilib. Onların həyati təhlükələri yoxdur. Polis cinayətkara apardığı axtarışlar zamanı hadisədə istifadə olunan soyuq silahı - bıçağı dəlil olaraq götürdülər", - Nazirlikdən bildirilir.

Mediada yayılan məlumata görə, bıçaqlananlardan biri Türkiyə digəri isə Yeni Zelaniya vətəndaşı olduğunu deyən zaman onlar Ermənistan vətəndaşı tərəfindən bıçaqlanıb.

İstintaq Gürcüstan cinayət Məcəlləsinin 19-109- cu maddəsinin 3-cü hissəsinin A altbəndi ilə başladılıb.

Cinayət 16 ildən 20 ilədək və ya müddətsiz azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın