03 
Okt
2020
18:15
695

Bu gün koronavirusa yoluxanlar bu bölgələrdəndir

"Koronavirusun təsdiqlənmiş 471 yeni halından 360 halı Acarada, 57-i Tbilisidə aşkarlanıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Onun bildirdiyinə görə, ölkə üzərində 35 nəfər koronavirus daşıyıcısının sağlamlıq vəziyyəti kritik ağırdır, 33-ü isə süni nəfəs aparatındadır.

"Acarada 360 hal, Tbilisidə 57, Sameqrelo Zemo Svanetidə 22, İmeretidə 11, Kvemo Kartlidə 6, Kaxetidə 6, Quriyada 5, Mçxeta Mtianetidə 3, Samtsxe Cavaxetidə 1 hal qeydə alınıb", - dedi M. Endeladze.

Bizimlə əlaqə saxlayın