03 
Okt
2020
14:00
1503

Marneulidə iki nəfər saxlanıldı - VİDEO

Polis Marneulidə Vahid Milli Hərəkat partiyasının fəalçılarına və dəstəkçilərinə sözlü və fiziki təcavüz etmə faktı üzrə 2 şəxs həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, istintaq qrup halında şiddət faktı üzrə aparılır.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis departamentinin Marneuli rayon bölməsinin əməkdaşları keçirilən operativ istintaq axtarış tədbirləri nəticəsində 29 sentyabr tarixində Marneulidə baş vermiş insident faktı üzrə 1987 və 1977-ci il doğumlu şəxslər hakimin qərarı ilə həbs edilib.

İstintaqla təsdiq olunub ki, cari ilin 29 sentyabr tarixində gecə Marneuli şəhərinin Rustaveli küçəsində Q. Ş Vahid Milli Hərəkat partiyasının aktivistlərinə sözlü və fiziki təzyiq göstərib. Q. C isə bu qarşıdurmada Q. K adlı şəxsə fiziki təzyiq göstərib.

İstintaq Gürcüstan cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima maddəsilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər