02 
Okt
2020
19:05
1741

Bu şəxslər üçün 14 günlük karantin rejimi qüvvəyə minir - AÇIQLAMA

"Yoluxmuş şəxslə yaxın təmasda olan şəxs heç bir müayinə olmadan təcrid olunacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Qamğrelidzenin bu haqda hökumət administrasiyasında koronavirusla əlaqəli Koordinasiya Şurasının iclasından sonra baş tutan brifinqdə bildirib.

Onun sözlərinə görə, yoluxmuş şəxslə sıx təmasda olan şəxs 14 gün ərzində özünü təcrid edəcək.

"Əlbəttə ki, yoluxmuş şəxslərin çoxu simptomatik və təmas vasitəsilə yoluxmuş insanlardır, bu səbəbdən təmasda olan insanların sürətli təcrid olunması çox vacibdir. Bu gün bu mövzu Koordinasiya Şurasının diqqət mərkəzində idi, əldə edəcəyimiz əsas yeni yanaşmalardan biri, yoluxmuş insanlarla sıx təmasda olan şəxslərin heç bir müayinə olmadan mümkün qədər tez təcrid olunmalarıdır. Evdə özünü təcridetmə vasitəsi varsa evdə, yoxdursa 14 gün karantində qalacaq. Heç bir tədqiqatlar aparılmadan 14 günlük karantində və ya özünütəcriddə qalmaq üçün yeni bir protokol hazırlanacaq. Koronavirus əlamətlər olan şəxslər dərhal , 112-yə zəng etməli , tədqiqatlardan keçməlidir və daha sonra şəxs yeni protokol ilə idarə olunacaq”, - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın