02 
Okt
2020
15:04
2008

Ermənistana gedən Marneuli və Dmanisidə beynəlxalq əhəmiyyətli internet kabel kəsilib - DİN istintaqa başlayıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsi, Dmanisi və Marneuli bölgələrində beynəlxalq əhəmiyyətli optik lifli kabellərin zədələnməsi ilə bağlı istintaq başlatdı.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

DİN-dən verilən məlumata görə, müvafiq xidmətlər hər iki halda da operativ reaksiya veriblər. Hal-hazırda problem aradan qaldırılıb və internet təchizatı rahat işləyir.

İstintaq müəyyən edib ki, 29 sentyabr 2020-ci il tarixində gecə saatlarında Dmanisinin Orozmani kəndinin yaxınlığında, "Fiber Optik Telekommunikasiya Şəbəkəsi" MMC-yə məxsus kabellərin dirək nöqtəsində şəxs və ya şəxslər şirkətə məxsus beynəlxalq əhəmiyyətə malik olan Qara dənizdən gələn Avropa və Asiyanı birləşdirən, Poti-Tbilisi-Bolnisi-Dmanisi-Ermənistan istiqamətində gedən fiber optik kabellərə zədə yetiriblər.

İstintaq çərçivəsində həmçinin, sentyabrın 28-də Marneuli rayonunun Sadaxlı kəndində kabellərin kəsilməsi ilə bağlı fakt da araşdırılır.

Məlumata görə, 28 sentyabr 2020-ci il tarixdə "Silknet" şirkəti Sadaxlı kəndində "Silknet" fiber optik kabelin zədələnməsi barədə məlumat alıb. Hadisə yerinə gələn şirkət səlahiyyətliləri su kanalından keçən fiber optik kabelin kəsildiyini görüblər. Bu kabel yerli əhalini İnternetlə təmin edir və eyni zamanda Ermənistan Respublikasına bağlıdır.

Hər iki faktla bağlı DİN-nin Kvemo Kartli şöbəsi istintaq tədbirləri həyata keçirir. Cinayəti törədən şəxslərin müəyyən edilməsi üzrə əməliyyat-axtarış tədbirləri aparılır.

Bizimlə əlaqə saxlayın