02 
Okt
2020
10:18
1030

Mərkəz rəhbəri təhsil prosesindən danışdı

"Təhsil prosesinin virusun yayılmasına stimul olmayacağına çalışmalıyıq".

InterPress.ge xəbər verir ki, bu barədə xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

O, valideynlərə hərarəti olan uşaqları məktəblərə buraxmamağa və həkim tövsüyyələrinə riayət etməyə dair müraciət etdi. Əgər məktəbdə virus aşkr edilərsə bu halda standart tövsüyyə mövcud deyil və epidemioloqlarla eləcədə həkimlərlə hansı addımların atılacağına dair qərar verəcəyik.

"1-6-cı siniflərin məsafəli təhsil almaları çətindir. Buna görə də bu qərar qəbul edildi. Xahiş edirəm ki, valideynlər hərarəti olan uşaqları məktəblərə buraxmasınlar və 112-yə zəng edərək onların və həkimlərin tövsüyyələrinə riayət etsinlər. Əgər həkim məsləhət görərsə onda covid üzərindən araşdırmalar aparılacaq. Bütün məktəb termoskrininqlə təmin edilməlidir. Məktəblərdə xəstəliklərə nəzarət milli mərkəzi, təhsil və səhiyyə nazirlikləri tərəfindən işlənən tövsüyyə və qaydalara müəllimlər və şagirdlər riayət etməlidirlər. Əgər hər hansı bir məktəbdə Covid yayılması baş verərsə təşviş yaratmaq yerinə epidemioloqların və həkimlərin verdiyi tövsüyyələrə riayət etmək lazımdır. Standart tövsüyyə yoxdur. Bu virusun nə qədər yayılmasından və neçə nəfərdə yayılmasından asılıdır. Qərar epidemioloqlar həkimlər və məktəb rəhbərliyi Arasında veriləcək. Təhsilin başlaması ciddi səfərbərlikdir. Buna ali məktəblər də əlavə olunacaq. Təhsil prosesinin virusun yayılmasına stimul olmayacağına çalışmalıyıq", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın