01 
Okt
2020
10:32
686

Dönə Çobanova əlil oğlu və nəticələri üçün kömək istəyir

Marneuli rayonunun Lejvəndli kənd sakini Dönə Çobanova dövlətdən yardım istəyir.

InterPress.ge məlumat verir ki, Dönə Çobanovanın ailəsində 7 nəfər yaşayır onlardan 1 oğlu olmaqla 2 nəticəsində də əlillik var. Oğlu Elman Çobanov 1 ildirki, insult keçirib və işləmək qabiliyyətini itirib, nəticələrində isə oma aralanması diaqnozu var və heç birinə dovlət yardımı ayrılmır.

Dönə xanım bildiri ki, yardımın verilməməsi ilə bağlı çox narahatdır.

"Aldığı pensiyanı öz dərmanlarımamı yoxsa oğlumun, nəticəmin dərmanlarınamı xərcləyib heç bilmirəm. Neçə dəfələrlə müraciət etsək də bizə cavab vermirlər, xahiş edir ki, bizə köməklik edəsiz", - deyə Çobanova bildirir.

Bizimlə əlaqə saxlayın