01 
Okt
2020
09:12
557

Gürcüstanın bu şəhərlərində I-VI sinif şagirdləri üçün məktəblər açıldı

Bu gün, 1 oktyabr tarixindən etibarən Tbilisi, Kutaisi, Rustavi və Zuqdidi məktəblərinin I-VI sinif şagirdləri məktəblərə qayıdıb siniflərdə oxumağa davam etdilər.

InterPress.ge məlumat verir ki, 7-ci və 12-ci sinif şagirdlərinə gəlincə, qeyd olunan şəhərlərdə onlar üçün hələ də onlayndır.

Poti və Qori şəhərlərində bu gündən etibarən bütün sinif şagirdləri üçün tədris prosesi bərpa edildi.

Ölkənin bütün ali təhsil müəssisələrində olduğu kimi Acarıstan bölgəsindəki məktəblərdə də məsafədən təhsil davam edir.

Xatırladaq ki, pandemiya səbəbindən yaranmış vəziyyət nəzərə alınaraq hökumət tərəfindən müvafiq qərarlar ötən həftə verilmişdi.

Bizimlə əlaqə saxlayın