30 
Sen
2020
11:05
1365

Gürcüstanda hansı məktəblər onlayın rejimə keçəcək? - Nazirlikdən açıqlama

"Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi koronavirus faktının təsdiq olunacağı məktəblərə məhdudiyyətlər tətbiq edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil Nazirliyinin məlumatında qeyd olunur.

Nazirlikdən verilən məlumata görə, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin tövsiyələrinə uyğun olaraq bütün müəllimlər və şagirdlər özünü təcrid rejiminə keçəcəklər, məktəb dezinfeksiya ediləcək və təhsil məsafəli rejimdə davam edəcək.

"Gürcüstanın dövlət məktəblərində məsafəli təhsil təcrübəsi hələ son tədris ilindən etibarən mövcuddur. Nəticədə 600 000-dən çox tələbə və 55 000-ə qədər müəllim artıq xüsusi profilləri aktivləşdirib və Nazirliyin dəstəyi ilə təklif olunan onlayn vasitələrdən - Microsoft TEAMS, OneNote və digərlərini birləşdirən Microsoft office 365-dən maksimum dərəcədə istifadə etmək imkanı əldə edib. Eyni zamanda, Təhsil İdarəetmə İnformasiya Sisteminin (EMIS) nümayəndələri Gürcüstanın dövlət məktəblərinin bütün sinifləri üçün TEAMS proqramında virtual sinif otaqları yaratmış və tədris-təlim prosesini dəstəkləyən texnoloji vasitələrin saxlanmasında və tətbiq edilməsində müəllimlərə kömək edirlər", - deyə məlumatda qeyd olunur.

Onların məlumatına görə, məsafəli təhsil istiqamətilə əsas resurslardan biri "Teleməktəb" layihəsidir.

"Efir şəbəkəsi bütün mərhələ fənnlərini əhatə edir. Xüsusi müəllim və psixoloqların tövsiyələri əsasında dərsləri planlaşdırarkən xüsusi təhsilə ehtiyacı olan şagirdlərin maraqları mümkün qədər nəzərə alınır. Məktəblərdəki təhlükəsizliyə gəlincə, Nazirlik koronavirusun qarşısını almaq məqsədilə yeni məktəb ili üçün dövlət məktəblərini maskalarla, məsafədən, təmassız termometrlərlə, dezobaryerlərlə və dezinfeksiyaedici vasitələrlə tam təmin edib".

Onların bildirdiklərinə görə, Acarıstan istisna olmaqla, Quria və Sameqreloda bəzi məktəblər təsdiqlənmiş koronavirus səbəbiylə məsafəli təhsilə keçdilər .

Bununla yanaşı nazirlikdən verilən açıqlamaya görə, Qori Bələdiyyəsinin Şavşvebi kəndindəki və Xobi Bələdiyyəsindəki Kariati kəndindəki məktəblər məsafəli təhsil rejiminə keçdilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər