29 
Sen
2020
23:14
1328

Meşveliani: "Ucuz təxribatlar bizim multietnik cəmiyyətimiz arasında mənfi təəssürat yaratmayacaq"

Gürcü arzusunun Bolnisi, Dmanisi, Tetricğaro və Çalkanın majoritar namizədi Qoqi Meşveliani Bolnisi bələdiyyəsinin Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin əhalisi ilə görüşüb.

Bu barədə InterPress.ge-yə Meşvelianinin mətbuat xidməti məlumat verib.

Məlumat görə, görüşdə hakim partiyanın namizədi hal-hazırki proseslər onlar arasında 27 sentyabr tarixində baş verən insident haqqında danışıb.

Meşvelianinin sözlərinə görə, yerli əhali yaxşı bilir ki, rəqiblər məqsədyönlü təxribatlarla ictimaiyyət arasında narazılıq yaratmaq istəyir.

"Vurğulamaq istəyirəm ki, onlar bu cür ucuz təxribatlarla bizim multietnik ictimaiyyətimiz arasında mənfi təəssürat yarada bilməyəcəklər və illərdir mövcud dostluğu poza bilməyəcəklər ", - dedi Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın