29 
Sen
2020
17:14
489

Gürcüstanda bu günə kimi 2390 məktəb yoxlamadan keçib

Gürcüstanda bu günə qədər 2390 ictimai məktəb yoxlamadan keçib.

İnterPress.ge xəbər verir ki,bu haqda Səhiyyə Nazirliyinin əmək müfəttişliyi departamentinin rəhbəri Beka Peradze açıqlama verib.

Onun sözlərinə görə, yoxlanılan 2390 məktəbin hamısına təhsil tədris ilinin yenilənməsi üçün icazə verilib.

"Bu məktəblərdən 2085 məktəb ictimai məktəbdir, qalanı isə özəldir. Biz, bizə müraciət edən bütün məktəbləri yoxlamışıq. Ölkə miqyası ilə təxminən 10 məktəbdə infrastruktur layihələr həyata keçirilir. Layihə yaxın gələcəkdə sona çatacaq"- dedi Beka Peradze.

Xatırladaq ki, Tbilisidə, Rustavidə, Kutaisidə və Zuqdiddə oktyabrın birindən 1-6-cı siniflər üçün,Poti və Qoridə isə fərqli olaraq bütün siniflər üçün təhsil tədris ili yenilənəcək.Təhsil tədrisi Acarada məsafəli formatda yenilənəcək.

Onu da qeyd edək ki, məktəblərdə Təhsil tədris ili Pandemiyadan irəli gələrək işlənmiş protokola nəzərən yenilənəcək. Təhsil və Səhiyyə Nazirlikləri tərəfindən işlənmiş tövsüyyələrə məktəblərin müəllimləri və şagirdləri riayət etməli olacaqlar.

Bizimlə əlaqə saxlayın