29 
Sen
2020
12:04
596

Bu gün koronavirusdan dünyasını dəyişən şəxs kimdir?

Son 24 saat ərzində Acarada 225 yeni yoluxma halı qeydə alınıb. 1 xəstə dünyasını dəyişib. Həyatını itirən xəstə 55 yaşlı qadın sentyabrın 26-dan Batumi xəstəxanasında müalicə alırdı.

InterPress.ge xəbər verir ki, bu barədə Acaranın Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qadında Covid-19, ikitərəfli likvorotoraks, ağır tənginəfəslik, xroniki ağciyər çatışmazlığı, şəkərli diabet xəstəliyi olub. Xəstə xəstəxanaya daxil olandan onun vəziyyəti ağır olaraq qiymətləndirilib.

Xəstənin anamnezində müşahidə olunurdu: Miokardium infarkt, eyni vaxtda mitral və trikuspid qapaqlara ziyan, ürək çatışmazlığı, aorkoronal şunt, arterial hipertəzyiq və qırmızı yel xəstəlikləri.

"Klinikada bütün müvafiq tədbirlər görülsədə xəstənin daşıdığı çoxsaylı xəstəliklərdən dolayı o, 29 sentyabr saat 01:30 radələrində dünyasını dəyişdi.

Dünənə olan yeni protokola əsasən stasionar bölməni və karantin məkanını 400 nəfər tərk edib, təxminən 300 nəfər Covid mehmanxanalardan, təxminən 100 nəfər isə klinikadan evə buraxılıb. Hal-hazırda stasionarda 463 xəstə müalicə alır. Onlardan 32-i azyaşlı uşaqlar, 10-u isə hamilə qadınlardır. Reanimasiya şöbəsinə 24 xəstə yerləşdirilib.

Karantində 957 nəfər müşahidə altında tutulur. Onlardan 67-i azyaşlıdır, ev şəraitində 600-dən çox covid xəstəsi müalicə alır.

Onlayn Klinika vasitəsilə 553 nəfər konsultasiya prosesindən keçib. Acarada koronavirus xəstələrini idarə etmək üçün 8 tibb müəssisəsi cəlb olunub. Regionda 600 yataq səfərbər edilib. Koronavirus daşıyıcıları üçün 7 karantin məkanı təşkil edilib", - deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın