29 
Sen
2020
10:51
1185

Gürcüstanda koronavirusa REKORD yoluxma və sağalma qeydə alındı

Gürcüstanda koronavirusa 314 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 5866 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 270 nəfər artaraq, 2324 nəfərə çatıb.

Bununla yanaşı qeyd olunur ki, karantin rejimində 5637 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, Gürcüstanda bu günə kimi, koronavirusdan 33 nəfər həyatını itirib.

Bizimlə əlaqə saxlayın