29 
Sen
2020
09:03
693

Rustavidə bədbəxt hadisə: Yeniyetməni avtomobil vuraraq öldürdü - VİDEO

Rustavinin Rustaveli küçəsində baş verən yol qəzasında 16 yaşlı qız ölüb.

InterPress.ge xəbər verir ki, yeniyetmə küçədə gəzərkən avtomobil vurub. Nəticədə 16 yaşlı qız təcili yardım gələnə qədər yerindəcə dünyasını dəyişib.

Təcili yardım mərkəzində bildirildiyinə görə, azyaşlı toqquşma və beyin zədəsi nəticəsində alınan politravmalar nəticəsində ölüb.

Daxili İşlər Nazirliyi istintaqın Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə başladıldığını bildirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər