28 
Sen
2020
09:27
601

Bütöv Gürcüstanın Katolikos-Patriarxı 2-ci İlia Azərbaycan və Ermənistana dua etdi

"Tanrıdan Ermənistana, Azərbaycana və bütün Qafqaza sülh diləyirik".

InterPress.ge xəbər verir ki, bu haqda Bütöv Gürcüstanın Katolikos-Patriarxı II İlianın iki dövlət arasında baş tutan qarşıdurma ilə bağlı məktubunda qeyd edilib.

“Ermənistanla Azərbaycan arasındakı son qarşıdurma barədə çox narahat hisslərlə öyrəndik.

Bu, bizim üçün xüsusilə ağırdır, çünki hər iki ölkə ilə qonşu və dostluq əlaqələrimiz var. Bundan başqa Gürcüstanda bir çox azərbaycanlı və erməni milləti yaşayır.

Ümid edirik ki, hər iki ölkənin səlahiyyətliləri və beynəlxalq ictimaiyyət Qafqaz və dünya üçün böyük bir problemə çevriləcək vəziyyətin kəskinləşməsinə imkan verməyəcək.

Ermənistanda, Azərbaycanda və bütün Qafqazda sülhün olması üçün Tanrıya dua edəcəyik", - dedi ikinci İliya.

Bizimlə əlaqə saxlayın