27 
Sen
2020
20:08
1549

Sabah Azərbaycana dəstək aksiyası keçiriləcək

Sabah Tbilisidə Azərbaycana dəstək aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı Kənan Babayev məlumat verib.

Kənan Babayev qeyd edib ki, aksiya 28 sentyabr saat 14:00-da Heydər Əliyev parkında başlayacaq.

"Sabah saat 14:00-da Tbilisidə yerləşən Heydər Əliyev parkında yığışacağıq və daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısına qədər yürüş edəcəyik. Aksiya tamami ilə dinc şəkildə keçəcək. Aksiyanın məqsədi Azərbaycan və Ermənistan arasında baş verən qızğın müharibədə Azərbaycan dövlətinə və əsgərinə dəstək olmaqdır", - deyə təşkilatçı bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən rəsmi açıqlamaya görə, bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrinə iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra Azərbaycan Ordusunun komandanlığı tərəfindən Azərbaycan qoşunlarının bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Bizimlə əlaqə saxlayın