27 
Sen
2020
13:57
508

Tenqiz Çerçvadze Gürcüstanda koronavirusun artmasından danışdı

"Fikrimcə, bir neçə gün ərzində koronavirus hallarında artım gözlənilir. Üç yüz olacaq, maksimum dörd yüzə çata bilər, daha çox olacağını düşünmürəm. Ondan sonra vəziyyət sabitləşəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda Koronavirusdan ölüm halları aşağıdır, bu da dövlətin pandemiya ilə uğurlu mübarizəsinə işarədir.

“Ölüm hallarının artmasından qorxuruq. Gürcüstanda yalnız bir neçə ölüm hadisəsi qeydə alındı digər ölkələrdə isə onlarla, yüzlərlə və minlərlə insan virusdan həyatını itirir. Gürcüstan, 49 Avropa ölkəsi və Şimali Amerika ölkələri arasında dünyasını dəyişənlərin sayının ən az olduğu ölkə statusunu qoruyur. Bir milyon sakinə cəmi yeddi ölüm halı var, bu isə ən aşağı göstəricidir.

Artım nə qədər olursa olsun, tibb sektorumuz o qədər effektli şəkildə işləyəcək ki, xəstələrin hamısını və ya maksimum sayını sağalda biləcəyik. Bizim tibb sektorumuz rəqiblərimizin dediyi kimi zəif olmadı və deyil. İndi çox sayda xəstəmiz var, gündə 300 nəfər və son vaxtlar ərzində ümumilikdə səkkiz ölüm hadisəsi qeydə alınıb ", - dedi Tengiz Çerçvadze.

Bizimlə əlaqə saxlayın