27 
Sen
2020
12:07
852

Gürcüstanda koronavirusa yoluxma sürətlə artır - son statistika

Gürcüstanda koronavirusa 294 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 5254 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 87 nəfər artaraq, 1906 nəfərə çatıb.

Bununla yanaşı qeyd olunur ki, karantin rejimində 5674 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bizimlə əlaqə saxlayın