27 
Sen
2020
10:55
319

Bu gün Soxuminin süqutundan 27 il keçir

Bu gün Soxuminin süqutundan 27 il keçir.

InterPress.ge məlumat verir ki, Abxaziyada hərbi qarşıdurma 14 avqust 1992-ci ildə başladı. Gürcüstan Müdafiə Nazirliyinin Milli Qvardiyası Soçi-İnqiri dəmir yolu hissəsini qorumaq üçün Abxaziya ərazisinə daxil oldu.

Soçi-İnqiri dəmir yolu hissəsini qorumaq üçün Apxaziya ərazisinə daxil olan Gürcüstanın Müdafiə Naziriyinin Milli Qvardiyasına, Apxaziyanın Ali Şurasının sədri Vladislav Ardzinbanın göstərişi ilə yaranılmış “Apxaz Qvardiyası”, Omamçiri rayonunun, Oxaruseis kəndində atəş açdı.

Dövlət Şurası, 11 avqustda Vladislav Ardzinba ilə razılığa gəldikdən sonra Soçi-İnqiri dəmir yolu hissəsini qorumaq üçün Abxaziyaya Milli Qvardiya göndərməyə qərar verdi. Razılığa baxmayaraq “Abxaz Qvardiyası” Gürcüstanın Milli Qvardiyasının Abxaziya ərazisindən Ochamchire və Gulrifshi bölgələrində və Suxumi şəhərində hərəkət etməsinə müqavimət göstərdi ki, bu da Abxaziyada hərbi əməliyyatların başlamasına səbəb oldu. Abxaziyadakı hərbi qarşıdurma 13 ay 13 gün davam etdi və 1993-cü il 27 sentybarda Soxuminin süqutu və Gürcüstan Silahlı Qüvvələrinin məğlubiyyəti ilə sona çatdı.

Soxuminin süqutunun 27-ci ildönümü ilə əlaqədar olaraq və Abxaziya müharibəsində həlak olanların xatirəsinə Gürcüstanın bütün inzibati binalarında dövlət bayrağı endirilib.

Bizimlə əlaqə saxlayın