27 
Sen
2020
10:01
579

Mərkəz rəhbəri Acarıstanda son vəziyyəti açıqlayıb

"Acarıstanda yeni yoluxma hallarının sayı bir qədər azalıb".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidze Acarıstanda tətbiq olunan məhdudiyyətlərin mövcud epidemiyanı sabitləşdirəcəyinə ümid edir.

“Acarıstanda 9-10 sentyabr tarixlərində gündəlik 150-160 faiz ciddi bir artım oldu. Bu gün bu tendensiya bir qədər azalıb və gündəlik artım təxminən 110-111% təşkil edir. Tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin, Acarıstandakı epidemioloji vəziyyətin tədricən sabitləşməsinə təsir göstərəcək”, - dedi Amiran Qamğrelidze

Xatırladaq ki, epidemioloji vəziyyətlə əlaqədar Acarıstanda fəaliyyət göstərən restoranlar saat 22: 00-dan sonra bağlanır, ictimai nəqliyyat isə tamamilə dayandırılıb.

Bizimlə əlaqə saxlayın