26 
Sen
2020
18:13
753

Karantində bir nəfər dünyasını dəyişib - DİN bəyanat yayır

Telavidə karantin zonasında bir nəfər dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi dünyasını dəyişən şəxs haqqında açıqlama yayır.

"Daxili İşlər Nazirliyinin Kaxeti polis departamenti Telavidə karantin zonasında dünyasını dəyişən şəxslə bağlı Gürcüstan cinayət Məcəlləsinin 115 ci maddəsi ilə istintaq başladıb.

Keçirilən istintaq tədbirlərinin hal hazırki mərhələsi ilə təsdiq olunur ki, Telavi şəhərində karantin tipli mehmanxanada 1991-ci il doğumlu şəxsi mehmanxana işçisi ölü halda tapıb. Qeyd edilən şəxs 24 sentyabr tarixində Fransadan qayıdıb. O, Telavidə mehmanxanada yaşayış nömrəsinə yerləşdirilmişdi.

Həyatını itirən şəxs ekspertizaya aparılıb" - DİN-dən verilən açıqlamada bildirilir.

Bizimlə əlaqə saxlayın