26 
Sen
2020
16:22
917

Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı - AÇIQLAMA

Gürcüstanda daha bir nəfər koronavirusdan öldü.

InterPress.ge xəbər verir ki, xəstə Kutaisi Yoluxucu Xəstəliklər Xəstəxanasında ölüb.

Koronavirusdən ölən 28-ci xəstədə diabet də daxil olmaqla xroniki xəstəliklər olub.

Kutaisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi müdiri Nodar Maqlakelidzenin jurnalistlərə verdiyi məlumata görə, 59 yaşlı bir qadın klinikaya ikitərəfli pnevmoniya və sepsis ilə müraciət etmişdi.

“Xəstədə diabet mellitus da daxil olmaqla digər xroniki xəstəliklər var idi. Xəstə klinikaya kəskin tənəffüs çatışmazlığı və ikitərəfli sətəlcəm və sepsis ilə müraciət etmişdi”, - dedi Nodar Maqlakelidze.

Ölən xəstə Acarıstandan idi.

Bizimlə əlaqə saxlayın