26 
Sen
2020
14:37
1205

Gürcüstanda koronavirus daşıyıcısı 3 hamilə qadın dünyaya uşaq gətirdi, uşaqlarda...

Batuminin doğum evində 3 koronavirus daşıyıcısı hamilə qadın dünyaya uşaq gətirib.

InterPress.ge məlumat verir ki, bu gün məlum olan məlumata görə, yeni doğulan körpələrin heç birində Covid aşkarlanmayıb. Onlar özlərini yaxşı hiss edirlər.

Klinika direktoru Nuqzar Papavanın açıqlamasına görə, Covid daşıyıcısı 15 hamilə qadından 1-nin vəziyyəti diqqət tələb edir.

"3 yeni doğulan körpələrdə test aparıldı, cavablarını almışıq, 3-də cavabları mənfidir. Klinikamızda covid virusuna yoluxmuş 15 hamilə qadın var. Onlardan 1-nin vəziyyəti diqqət tələb edir. Çünki o, həm öskürür həm də hərarəti var. O, 22 həftəlik hamilədir. Digər hamilələrin vəziyyətləri stabildir, virus onlarda əlamətsiz yaşayır", - dedi Nuqzar Papava.

Bizimlə əlaqə saxlayın