26 
Sen
2020
14:08
946

Övladına fiziki təcavüz edən ata saxlanıldı

Quriyada 46 yaşlı kişini Ailə zorakılığı ittihamı ilə həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Məlumata görə, müttəhim övladının gözü qabağında digər övladına fiziki təcavüz edib.

"Daxili İşlər Nazirliyinin Quriya polis departamentinin Çoxatauri rayon bölməsinin əməkdaşları keçirilən operativ istintaq axtarış tədbirləri nəticəsində 1974-cü il doğumlu vətəndaşı ailə zorakılığı ittihamı ilə hakimin qərarı ilə həbs ediblər.

İstintaqla təsdiq olundu ki, Çoxatauri bələdiyyəsinin İaneuli kənd sakini övladının qarşısında 1999-cu il doğumlu digər övladına fiziki təcavüz edib.

İstintaq Gürcüstan cinayət Məcəlləsinin 126-cı prima maddəsinin ikinci hissəsinin a və b altpunktları ilə aparılır

Cinayət 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın