26 
Sen
2020
11:50
839

Tələblər nazirlik binasının qarşısında aksiya keçirdilər - FOTO

Ali təhsil müəssisələrində təhsil yenə də onlayn formatda keçiriləcək. Hökumətin bu qərarını tələbələrin bir hissəsi etirazla qarşılayıb.

InterPress.ge xəbər verir ki, onlar dünən nazirlik binasının qarşısında aksiya keçirərək təhsilin auditoriyalarda başlamasını tələb ediblər.

"Biz yenə də auditoriyada təhsil ala bilməyəcəyik. Normal tələbə həyatına nə vaxt qayıdacağıq bilmirik. Onlayn təhsilin auditoriya təhsili müqayisədə keyfiyyəti aşağıdır" - Aksiya iştirakçılarından biri David Mjavanadze qeyd edib.

Onun sözlərinə görə, bir çox tələbə və həmyaşıdı işğal olunmuş ərazilərdən buraya gəliblər ki təhsillərini auditoriyalarda davam etdirsinlər.

"Bölgələrdən gələn tələbələr çox çətinliklə kirayə evlər tapıblar və burada qalıblar. İndi isə deyirlər ki, təhsilinizi kompyuter vasitəsilə davam edəcəksiniz. Nazir bizimlə görüşməli və təhsilin normal davam etməsinin nədən asılı olduğunu bizə anlatmalıdır", - deyə Mjavanadze bildirib.

Aksiya iştirakçılarının açıqlamasına görə, əgər onların tələbləri yerinə yetirilməzsə təhsil auditoriyalarda başlamasa aksiya Tbilisidə və bölgələrdə iri miqyaslı olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər