26 
Sen
2020
11:30
825

Gürcüstanda bu gün koronavirusa yoluxanlar bu bölgələrdəndir

"Koronavirusun təsdiqlənmiş 296 yeni halından 166-sı Acarada, 41-i Tbilisidə qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Onun bildirdiyinə görə, ölkədə 19 kritik ağır vəziyyətli xəstə müalicə alır.

"296 yeni hal qeydə alınaraq ölkə üzrə koronavirusa yoluxanların sayı 4960 təşkil etdi. Acarada 166, İmeretidə 55, Quriyada 9, Tbilisidə 41, Kaxetidə 1, Mçxeta-Mtianetidə 2, Sameqrelo-Zemo-Svanetidə 18, Samtsxe-Cavaxetidə 1, Kvemo Kartlidə 3 yeni hal aşkarlanıb", - dedi Marina Endeladze.

Bizimlə əlaqə saxlayın