26 
Sen
2020
10:36
1067

Gürcüstanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı - YENƏ REKORD

Gürcüstanda koronavirusa 296 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 4960 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 60 nəfər artaraq, 1819 nəfərə çatıb.

Bununla yanaşı qeyd olunur ki, karantin rejimində 5584 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bizimlə əlaqə saxlayın