26 
Sen
2020
09:35
1116

Bu gündən Gürcüstanın bəzi bölgələrində havalar pisləşir

26 sentyabrda Kaxeti ərazisində və Gürcüstanın dağlıq bölgələrində güclü yağış, şimşək çaxacağı, dolu və güclü külək olacağı bildirilir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Milli Ətraf Mühit Agentliyi tərəfindən verilib.

Məlumata görə, gözlənilən güclü yağış Gürcüstanın kiçik çaylarında daşqınlara, dağlıq ərazilərdə sürüşmələrin aktivləşməsinə səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın