25 
Sen
2020
14:07
453

Xalq müdafiəçisi milli azlıqların hüquqlarının qorunması ilə bağlı tövsiyələrini təqdim edəcək

Xalq müdafiəçisi milli azlıqların hüquqlarının qorunması və vətəndaş inteqrasiyası ilə bağlı tövsiyələrini təqdim edəcək.

İnterPress.ge xəbər verir ki, Xalq Müdafiəçisi Nino Lomcariyanın verdiyi məlumata görə, azlıqların qorunması və inteqrasiyası sahəsində bir sıra fəaliyyətlər uzun illərdir davam edir.

"Bu gün Xalq Müdafiəçisi yanında Etnik Azlıqlar Şurasının , qiymətləndirməsi və tövsiyələri milli azlıqların qorunması və inteqrasiyası sahəsində təqdim ediləcək. İnteqrasiya prosesində bir çox fəaliyyət uzun müddətdir davam etsə də, müqayisədə çox azdır" dedi Nino Lomcaria.

Xalq Müdafiəçisinin sözlərinə görə, koronavirus dövrü ərzində spesifik etnik azlıqlara qarşı mənfi münasibət formalaşmışdı.

" Covid dövründə cəmiyyətə və spesifik etnik azlıqların nümayəndələrinə qarşı çox aqressiv və mənfi bir münasibət formalaşdı. Bu münasibət hətta ictimai əhval-ruhiyyənin mənfi təsirinə gətirib çıxarmışdı" Nino Lomcaria.

Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin Demokratiya, Hüquqlar və İdarəetmə Bürosunun direktor müavini Laura Berger azlıq hüquqlarının qorunması və vətəndaş inteqrasiyası ilə bağlı tövsiyələrini təqdim etmədən əvvəl mətbuata açıqlama verdi. Onun qeyd etdiyinə görə , sosial inteqrasiya hər bir ölkənin demokratik inkişafı üçün vacibdir.

Məlumat üçün bildirək ki, Milli Azlıqlar Şurasının tövsiyələrinə aşağıdakı məsələlər daxildir:

Vətəndaş inteqrasiyasının vacibliyi və zəruriliyi barədə ictimaiyyətin məlumatlandırılması;

Qərar qəbul etmə prosesində milli azlıqların tam iştirakı;

Təhsil - məktəbəqədər, məktəb və ali təhsil ocaqlarına qəbul olma;

Mədəni şəxsiyyətin qorunması və inkişafı, mediaya çıxış;

Qərb əleyhinə təbliğatın aradan qaldırılmasına, gender bərabərliyinin və digər məsələlərin kökündən həll edilməsinə əlverişlilik yaratmaq.

Bizimlə əlaqə saxlayın