25 
Sen
2020
11:17
1040

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə yüksəlir - YENƏ REKORD

Gürcüstanda koronavirusa 265 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 4664 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 54 nəfər artaraq, 1759 nəfərə çatıb.

Eyni zamanda qeyd olunur ki, karantin rejimində 5584 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bu günə kimi, ölkədə 26 nəfər koronavirusdan vəfat edib.

Bizimlə əlaqə saxlayın