25 
Sen
2020
10:50
724

Hökumət adminstrasiyasının rəhbəri taksilərə qoyulan məhdudiyyətin götürülə biləcəyindən danışdı

"Taksilərdə 3 nəfərdən çox insanın hərəkət etməsi ilə bağlı məhdudiyyətlər götürülə bilər".

İnterPress.ge xəbər verir ki, Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bu barədə açıqlama verib.

Onun sözlərinə görə, bu məsələ qurumlararası şuranın iclaslarında müzakirə ediləcək. Məsələyə yenidən baxılmasını istisna edilmir.
" Hər iclasda böyük məhdudiyyətlər götürüldükdən sonra qalan bu kimi məhdudiyyətləri müzakirə eədəcəyik" dedi Mezvrişvili.

Xatırladaq ki, taksilərdə 3 nəfərdən çox insanın oturmasına icazə verilmir. Müvafiq qərar koronavirusun yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində hökumət tərəfindən qəbul edilmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər