25 
Sen
2020
10:33
486

Kaxa Kaladze: "Yalana öyrəşməyəcəyik..."

"Yalana öyrəşməyəcəyik, yalanla hər zaman mübarizə aparacağıq və saxta xəbər yayanlara insanları aldatmağa imkan yaratmayacağıq".

İnterPress.ge xəbər verir ki, bu sözləri Kaxa Kaladze Facebook Sosiyal şəbəkəsində video müraciətində qeyd edib.

Paytaxt meri son zamanlarda konkret media vasitələr tərəfindən səsləndirilən ittihamlara cavab olaraq bildirib.

" Salamlayıram sizi. Müxtəlif mətbuat vasitələrində çox sayda yalan məlumatlar yayılır. Bu, yalnız Gürcüstan üçün problem deyil. Bilirsiniz ki, saxta məlumatla bütün dünya mübarizə aparır. Heç vaxt yalanlara və dezinformasiyalara məruz qalmamalıyıq. Həqiqəti söyləməyin bəzən artıq olduğunu düşünməyin. Bizi necə aldatdıqlarını, qondarma bir reallıq yaratmağa çalışdıqlarını dinləyirik, nə edə bilərik? Cavabımı artıq bilirsiniz yalana öyrəşməyəcəyik, yalanla hər zaman mübarizə aparacağıq və saxta xəbər yayanlara insanları aldatmağa imkan yaratmayacağıq. Məni indi izləyənlərə bir səslənirəm- dezinformasiyalara susmayın, çünki susqunluq şəri bəsləyir" dedi Kaxa Kaladze

Bizimlə əlaqə saxlayın