25 
Sen
2020
09:09
1471

Gürcüstanda uşaq bağçaları nə vaxt açılacaq? - Hökumət adminstrasiyasından açıqlama

"Uşaq bağçalarında təhsil müddətinin nə vaxt bərpa ediləcəyi barədə qərar hələ verilməyib".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

Mezvrişvilinin qeyd etdiyinə görə, sözügedən məsələ Koordinasiya Şurasının gündəmində qalır.

“Bu məsələ ilə bağlı müzakirə bu gün də baş tutdu. Hələ heç bir qərar verilməyib. Məsələ Koordinasiya şurasının gündəmində qalmaqdadır. Uşaq Bağçalarında koronavirusun yayılması riski daha çoxdur. Bəzi bağçalar həddindən artıq hazırlanıb, bəziləri isə daha az. Uşaq bağçalarını tam hazırlamaq üçün bir az vaxt lazımdır”, - dedi Mezvrişvili.

Bizimlə əlaqə saxlayın