24 
Sen
2020
14:43
563

Gürcüstanda bu gün koronavirusdan ölən 26-cı xəstə haqda açıqlama

“26-cı xəstə Batumidə dünyasını dəyişib”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun sözlərinə görə, xəstənin digər ağır xəstəlikləri də olub.

“Dünyasını dəyişən 70 yaşındadır. O, 17 sentyabr tarixində xəstəxanaya kritik vəziyyətdə yerləşdirilmişdi. Onda ürək işemik xəstəliyi və ağciyərin xronoloji obstruktiv xəstəliyi də var idi ", - dedi A. Qamğrelidze.

Onun bildirdiyinə görə, hal-hazırda Acarada stasionar bölmədə 497 var ki, bunlardan 70-dək xəstənin vəziyyəti ağırdır.

"Ümumiyyətlə ölkə üzrə 11 kritik ağır xəstə var. Bu gün səhər kritik xəstələrdən biri dünyasını dəyişdi. Son 48 saat ərzində 5 xəstə həyatını itirib", - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın